Rusiyada son sutkada koronavirusdan 456 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 456 nəfər ölüb


Rusiyada son sutka ərzində daha 28 142 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 488 912 nəfərə çatıb.

Son sutka ərzində 456 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 43 597 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...