Yerevanda polislə Paşinyanın əleyhdarları arasında toqquşma - VİDEO

Yerevanda polislə Paşinyanın əleyhdarları arasında toqquşma -

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Hökumət binasının qarşısına toplaşıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hazırda binada Nazirlər Kabinetinin iclası keçirilir.

Hökumət binasının qarşısına polis əməkdaşları yerləşdirilib.

“Nikolsuz Ermənistan” şüarı səsləndirən etirazçılar Baş nazirin istefasını tələb edən plakatlar qaldırıblar.

Son məlumata görə, polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Saxlanılanlar var. Qeyd edək ki, Paşinyanın korteji Hökumət binasının həyətinə daxil olarkən aksiya iştirakçıları ona tərəf yumurtalar atmışdılar.

Onu da xatırladaq ki, çərşənbə günü ölkə parlamentinin binası qarşısında çoxminlik etiraz aksiyası keçirilmişdi.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...