“Türkiyənin S-400 alması ABŞ ordusunu təhlükə altında qoyur” - Pompeo

“Türkiyənin S-400 alması ABŞ ordusunu təhlükə altında qoyur” -

ABŞ Dövlət Katibi Mayk Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı Türkiyənin əldə etdiyi S-400 komplekslərinin ABŞ ordusunu təhlükə altına aldığını deyib.

Bu barədə RT ABŞ Dövlət Departamentinin açıqlamasına istinadla xəbər yayır.

“Dövlət katibi Pompeo Türkiyə Xarici İşlər naziri Çavuşoğluna S-400-lərin alınmasının ABŞ əsgərlərinin təhlükəsizliyini və hərbi texnologiyalarını təhlükə altına qoymasını və eyni zamanda, Rusiyanın Türkiyənin silahlı qüvvələrinə və müdafiə sənayesinə çıxışını təmin etdiyini açıq şəkildə bildirdi”, - deyə məlumatda qeyd olunur.

Bəyanatın mətnində yazılır ki, Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların məqsədi “Rusiyanın gəlirinin, girişinin (Türkiyə müdafiə sənayesinə) və təsirinin qarşısını almaqdır”.

Departamentdən bildiriblər ki, məhdudlaşdırıcı tədbirlər Türkiyənin və ya ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi potensialını pozmaq məqsədi daşımır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...