2020-ci il ən uğursuz azərbaycanlısı – 4 milyard dollar İTİRDİ

2020-ci il ən uğursuz azərbaycanlısı –
Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 2020-ci ili uğursuz başa vurub. Modern.az xəbər verir ki, o, Rusiyada son 1 ildə ən çox sərvət itirən şəxs kimi reytinqin başında gəlir.

Belə ki, yola saldığımız ildə “Lukoyl” sahibinin sərvəti 4,082 milyard dollar azalıb. Hazırda onun 19,179 milyard dollar sərvəti qalıb. Onun maliyyə itkiləri səhmlərinin 28%-nə sahib olduğu “Lukoyl” şirkətinin 1 shəminin ilin əvvəlində 6179 rubl dəyərindən ilin sonunda 5100 rubla düşməsi səbəb gətirilir.

OPEK+ razılaşmasının pozulması, qeyri-stabil birjalar, koronavirus və s. “Lukoyl” şirkətinə ciddi maliyyə zərbəsi vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...