Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq
Ukraynanın Xarkov şəhərində “Dəmir Yumruq” hərbi əməliyyatlarına həsr olunan abidə kompleksi qoyulacaq. Abidə Ermənistanın Xarkovdakı kilsəsinin və onun nəzdindəki erməni diaspora mərkəzinin yaxınlığında yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin önündə ucaldılacaq.
Bu barədə Demokrat.az-a Azərbaycanın Əməkdar rəssamı, tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov məlumat verib.
Seyfəddin Qurbanov bildirib ki, abidə Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə ucaldılacaq.
Onun sözlərinə görə, hazırda abidə kompazisiyasının eskiz layihəsi hazırlanır.
İşlər yekunlaşdırıldıqdan sonra şəhidi Xudayar Yusifzadənin ailə üzvləri ilə razılaşdırılacaq.
Seyfəddin Qurbanov deyib ki, abidənin açılış mərasimi gələn ilin iyul ayında şəhid Xudayar Yusifzadənin ad günü ərəfəsinə gözlənilir.
Xalq rəssamı qeyd edib ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadə ilə bağlı abidənin hazırlanması təşəbbüsü və hərtərəfli dəstəyi Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev tərəfindən irəli sürülüb.
507 dəfə oxundu