BMT-dən koronavirusla bağlı dünyaya ÇAĞIRIŞ

BMT-dən koronavirusla bağlı dünyaya

BMT Baş katibi Antonio Quterreş 2021-ci ili koronavirusun fəsadlarından qurtulmağa həsr etməyə çağırış edib.

Bu barədə BMT Baş katibinin “Twitter” hesabında paylaşım edilib.

Onun sözlərinə görə, 2020-ci il sınaqların, faciələrin və göz yaşlarının ilinə çevrilib və COVID-19 pandemiyası insanların həyatını alt-üst edib.

“Artıq bir çox yaxınlarımızı itirdik və pandemiya isə hələ də tüğyan edir, yeni insanlara zərər vurur. Dünyada yoxsulluq, bərabərsizlik və aclıq səviyyəsi artır. İş yerləri yox olur və borclar yığılır. Xüsusilə uşaqlar üçün çətindir”, - deyə A. Quterreş bildirib.

BMT Baş katibi 2021-ci ili virusun fəsadlarından sağalma ili etmək üçün çağırış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...