Uyğur türkləri dünyada təqib olunur – Çinli casuslar onları fiziki məhv etmək üçün...

Uyğur türkləri dünyada təqib olunur –
“Əfqanıstan əks-kəşfiyyat xidməti, ölkədə ən azı altı ay fəaliyyət göstərən Çin kəşfiyyat şəbəkəsini ifşa edib. Maraqlıdır ki, Çin kəşfiyyatçıları “Taliban” qruplaşmasının nümayəndələri ilə əlaqələr yaradıblar. Böyük ehtimalla Əfqnıstandakı Çin casus şəbəkəsi Amerikanın xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində müəyyənləşib və bu haqda Kabilə məlumat verilib”.

Gundeminfo.az xəbər verir ki, bu brədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin səlahiyyətliləri dekabrın ortalarında Kabildə böyük əməliyyat keçirdərək Çin kəşfiyyatnın 10 agentini həbs edib:

“Əfqanıstan təhlükəsizlik rəsmilərinin sözlərinə görə, söhbət “Pekinin bölgədəki geosiyasi təsirini təşviq etmək üçün" Çin Kommunist Partiyasının maraqları naminə bir neçə ay fəaliyyət göstərən mürəkkəb və geniş yayılmış agentlər şəbəkəsinin ləğvindən gedir. Çin kəşfiyyat zabitləri arasında Li Yanyangın adı daha çox çəkilir. Əfqanıstan əks-kəşfiyyat zabitlərinin dediklərinə görə, Li Yanyang iyul ayında ölkədə casusluq şəbəkəsinin vacib bir elementi olaraq fəal şəkildə işləməyə başlayıb. Li Yangyang dekabrın 10-da Kabildəki ofisində həbs edilib. Kabil mənbələrinə görə, axtarış zamanı Əfqan əks kəşfiyyat zabitləri silah, döyüş sursatı, partlayıcı maddələr və ketamin dərmanı aşkar ediblər. Li Yanyangın tutulması ilə eyni vaxtda, əfqan zabitləri başqa bir Çin agenti Sha Hong'ı da həbs ediblər. Kabulun tam mərkəzində - Şirpur bölgəsində yerləşən iqamətgahında axtarış zamanı partlayıcı maddələr və narkotik maddələr tapılıb. Əfqan əks-kəşfiyyat xidmətinin zabitləri Li Yanyang və Sha Hoondan əlavə daha yeddi Çin agentini həbs edib. Onlardan birinin Tayland vətəndaşı olduğu ortaya çıxıb”.

Politoloq bildirib ki, əfqan təhlükəsizlik xidməti tərəfindən tutulan Çin kəşfiyyat qrupunun əsas vəzifələrindən biri, Çin ərazisindən Əfqanıstana və qonşu ölkələrə qaçan uyğur silahlıları haqqında məlumat toplamaq idi:

“Bu məqsədlə çinli casuslar, “Taliban” qruplaşmasının səhra komandirləri ilə birlikdə, “Taliban”la əlaqəli olan “Əl-Qaidə” silahlıları ilə də müntəzəm olaraq görüşüblər. Li Yanyangın agent şəbəkəsinin əsas diqqətinin Əfqanıstanın şimalındakı Badaxşan əyalətinə yönəldiyi, burada bir sıra Uyğur məskənlərinin olduğu, digərləri ilə birlikdə Çindən ailələri ilə birlikdə qaçan uyğur silahlılarının yaşadığı məlumdur. Əfqan təhlükəsizlik səlahiyyətlilərinin sözlərinə görə, Çin casusları bu barədə Pekinə məlumat ötürməklə yanaşı, bəzi Uyğur liderlərinin fiziki ləğvini də hazırlayıblar. Əfqanıstanda Çin kəşfiyyat şəbəkəsinin ələ keçirilməsi ABŞ-ın uyğurlardan formalaşan Şərqi Türkistan İslam Hərəkatını təşkilatını terrorçular siyahısından çıxardıqdan bir müddət sonra baş verib. Görünür, Pekin bu qruplaşmanın ABŞ tərəfindən dəstəklənəcəyindən ehtiyat etdiyindən uyğurları dünyanın müxtəlif ölkələrində təqib etməyə başlayıb”.

E.Şahinoğlunun sözlərinə görə, Çin hakimiyyəti və kəşfiyyatçıları uyğurları yalnız ölkə içində deyil, kənarda da təqib edirlər:

“Çin kəşfiyyat xidməti uyğurlar haqqında məlumat toplamaq və onları neytrallaşdırmaq üçün hətta terrorçu təşkilatlar sayılan “Al-Kaida” və “Talibanla” da təmaslar qurmaqdan çəkinmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
809 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...