“Bizi kamikadze ilə təhdid etdilər”

“Bizi kamikadze ilə təhdid etdilər”


"Ankara terrorundan sonra təhdidlər aldıq". Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu TRT-də canlı yayımda deyib.

O, millətin mərdliyi sayəsində bu təhdidlərin qarşısının alındığını bildirib:

“Ankara hücumundan sonra seçki mitinqlərinə davam etmək barədə qərar verdim. Həmin ərəfədə təhdidlər aldıq. “Paralel quruluş”a (dövlət içində dövlət) aid Tvitter hesabından Kayseri, Konya və Şanlıurfada keçirmək istədiyim mitinqlərdə kamikadze terroru olacağı xəbəri yayıldı. Amma qəhrəman millətimiz bu xəbərlərə, söz-söhbətlərə qulaq asmadı və dövlətinə, millətinə duyduğu etibarı göstərdi. Bütün vətəndaşlarımıza mərdcə meydana çıxdıqları üçün təşəkkür edirəm”.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada törədilən terror hücumunda rəsmi məlumatlara görə 102 nəfər ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...