Gürcüstanda daha 417 nəfər koronavirusa yoluxub, 31 pasiyent ölüb

Gürcüstanda daha 417 nəfər koronavirusa yoluxub, 31 pasiyent ölüb
Gürcüstanda son sutkada koronavirusa 417 yeni yoluxma faktı qeydə alınıb, 2 469 nəfər sağalıb, 31 pasiyent isə vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 229 169 yoluxma halı təsdiqlənib. Yoluxanların 220 442-si sağalıb, 2 603-ü isə ölüb. Karantin rejimində 386, stasionar nəzarətdə 4 209 nəfər saxlanılır. 840 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...