ABŞ 11 sentyabrın bu gün təkrarlanması ilə hədələndi - VİDEO

ABŞ 11 sentyabrın bu gün təkrarlanması ilə hədələndi -

11 sentyabr hadisələri bu gün Vaşinqtonda təkrarlana bilər. Belə ki, naməlum şəxslər ABŞ hökumətini Kapitoliya binasına təyyarə çırpacaqları ilə hədələyib.

Bu barədə “CBS News” xəbər verib.

Kanal qeyd edir ki, belə bir mesajla səs yazısı Nyu-Yorkda bir neçə dispetçer tərəfindən dinlənilib.

“Çərşənbə günü bir təyyarəni Kapitoliyə çırpacağıq. Süleymaninin (İran generalı) intiqamı alınacaq”, - deyə ismarıcda bildirilib.

Səs yazısını göndərən mənbə hələ müəyyən edilməyib.

Kanal əlavə edir ki, ABŞ hökuməti bu təhlükəni real hesab etmir. Bununla belə, araşdırma aparılacaq.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 3-də Bağdad hava limanı yaxınlığında ABŞ Prezidenti Donald Trampın əmri ilə ABŞ Hərbi Hava Qüvvələrinin raket hücumunda öldürülüb.






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...