32 yaşlı ağdərili qadından şok etiraf: Maykl Ceksonun ruhundan hamilə qalmışam

32 yaşlı ağdərili qadından şok etiraf:


“Üzümü oxşayan bir əl məni yuxudan oyatdı”. Amerikanın Los-Anceles (Los Angeles) şəhərində yaşayan evli və iki uşaq anası 32 yaşlı Kiera Johnson, Maykl Ceksonun (Michael Jackson) qarabasmasının ona təcavüz etdiyini və bu əlaqədən bir zənci körpə dünyaya gətirdiyini iddia edərək mərhum Michael Jackson-a məhkəmə davası açıb. Qadının ağdərili əri Ken Johnson da bu iddiasında arvadını dəstəkləyib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Kiera Johnson HBO kanalında Michael Jackson-un iki saatlıq “30-cu ildönümü özəl” DVD-ni izlədiyini, “Thriller” adlı mahnını dinləyərəkən birdən yuxuladığını və hər şeyin o anda baş verdiyini deyib.
Gənc qadın 2015-ci ilin 25 sentyabr günü üçüncü uşağı doğulana qədər Michael Jackson ilə yaşadığı “erotik qarşılaşmanı” ağlından çıxara bilməyib.

Kiera “Hər şey birdən oldu. Üzümü oxşayan bir əl məni yuxudan oyatdı. O anda evdə tək idim, ərim işdə idi. Xatırladığım digər şey isə Michael Jackson ilə erotik olaraq qarşı-qarşıya gəldik. Eynilə “Thriller” klipindəki kimi geyinmişdi. Ona dayanmasını söylədim, o da dinlədi”,- deyə başına gələnləri izah etməyə çalışıb. Ken Johnson “Doğuşda hər şey çox gözəl gedirdi. Amma sonra oğlumu gördüm, qaradərili idi. Şok içindəydim. Sonra arvadım mənə Michael Jackson haqqında gördüyü yuxunu danışdı. Bu səbəbdən Michael Jackson-a məhkəmə davası açdıq. Biz yalnız onun uşağının baxımı üçün məqbul bir məbləğ istəyirik” deyib.

Gənc qadın ərini başqa irqdən olan kişi ilə və hər hansı biriylə aldatmadığını əminliklə söyləyir və bu mövzuda israr edir. Kiera-nın əri Ken də arvadına inanır və ona güvənməmək üçün heç bir səbəb görə bilmir, arvadına “o mənim kraliçamdır” deyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...