İt Hollivud ulduzunu intihar etməyə qoymadı

İt Hollivud ulduzunu intihar etməyə qoymadı


Məşhur Hollivud ulduzu Mikki Rurk “Eating Happiness” sənədli filminin çəkilişləri zamanı itinin onu ölümdən xilas etdiyini deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı aktyor həyatının çətin zamanında gicgahına tapança dirəyərək intihar etmək istədiyini, lakin “Bo Cek” ləqəbli itinin sahibsiz qalacağını yadına salıb fikrindən vaz keçdiyini xatırlayıb.
“Çətin vaxtlar idi, özümə bacardığım kimi ziyan vururdum. Bir dəfə ayaqyoluna girərək gicgahıma tapança dirədim. İtim “Bo Cek” bu vaxt yanımda idi və mənə baxaraq sanki “bəs mənə kim baxacaq”, - deyə sual edirdi. Məhz bu məni son addımdan saxladı”.

Aktyorun 6 iti var.

1952-ci ildə andan olan Mikki Rurk “8 həftə yarım”, “Mələyin ürəyi”, “Güllə”, “Bir dəfə Meksikada” və “Restler” filmlərindəki obrazları ilə tanınır. O 2009-cu ildə “Oskar” mükafatına namizəd göstərilib.


İt Hollivud ulduzunu intihar etməyə qoymadı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...