Saakaşvili Odessanı kommunizmdən təmizləmək əmri verdi

Saakaşvili Odessanı kommunizmdən təmizləmək əmri verdi


Odessa qubernatoru Mixail Saakaşvili regionun kommunizmdən təmizlənməsi üçün işçi qruplar yaratmaq haqda sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncama əsasən işçi qrup regionda kommunist və nasional-sosialist totalitar rejimlərin simvollarının təbliğatının qadağası ilə məşğul olmalıdır. Bənzər işçi qrupların dövlət idarələrində, yaradılması göstərişi verilib. Qeyd edək ki, may ayında Ukrayna parlamenti kommunist və nasist rejimlərinin ittihamı, həmçinin sovet simvollarının təbliğatının qadağan olunması ilə bağlı qanun qəbul etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...