İranda İŞİD-ə qoşulmaq istəyən 20 terrorçu saxlanılıb

İranda İŞİD-ə qoşulmaq istəyən 20 terrorçu saxlanılıb


İran sərhəddində Suriya və İraqdakı terror qruplaşmalarına (İŞİD) qoşulmaq istəyən 20 nəfər saxlanılıb. Bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi bu gün keçirdiyi mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi məlumat verib.

M.Ələvi deyib ki, İranın şərqində böyük bir terror şəbəkəsi zərərsizləşdirilib.

O həmçinin əlavə edib ki, İranın Gülüstan, Sistan və Bəluçistan, Mazandaran və Tehran əyalətlərində 10 nəfər terror qruplaşma üzvü həbs olunub.

M.Ələvi həbs olunanlarla bağlı ətraflı məlumat verməyib.

M.Ələvinin sözlərinə görə, Xuzestan əyalətinin Dezful şəhərində baş vermiş terror hadisəsi ilə bağlı 14 nəfər terrorçu saxlanılıb ki, onlardan 8 nəfəri qruplaşmaların rəhbərləridir.

Qeyd edək ki, Məhərrəm ayının əvvəlində “Dezful” şəhərində İmam Hüseyn əzadarlarına açılan atəş nəticəsində 2 nəfər həlak olmuşdu, 2 nəfər isə yaralanmışdı. Atəşin naməlum şəxslər tərəfindən açıldığı bildirilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...