Tacikistan Rusiyaya nota verdi

Tacikistan Rusiyaya nota verdi


Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasının ərazisində Tacikistan vətəndaşının qətli ilə əlaqədar Moskvanın Düşənbədəki səfiri Lyakin-Frolov XİN-ə çağırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan XİN-in mətbuat departamentinin məlumatında bildirilir.

Məlumata görə, Tacikistan XİN rəhbəri Sirociddin Aslov rusiyalı diplomatı qəbul edərək Rusiyanın ölkədəki 201-ci hərbi bazasının ərazisində Şoira Cobirovanın ölümü ilə əlaqədar narahatlığını bildirib. Görüşdə baş vermiş hadisənin “iki ölkə arasında ənənəvi dostluq ruhuna və strateji tərəfdaşlığa uyğun olmadığı” qeyd olunub.

Səfirə təqdim edilən notada Tacikistan Rusiyadan hadisəyə obyektiv qiymət verilməsini və gələcəkdə bu cür hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bundan əvvəl Tacikistanda xidmət çəkən rusiyalı hərbçinin yerli sakinin qətlində şübhəli bilinməsi barədə məlumat yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...