Polşa Rusiyanı məhkəməyə verir

Polşa Rusiyanı məhkəməyə verir


Polşa Rusiyanı 2010-cu ildə Rusiyada qəzaya uğramış təyyarəsinin qalıqlarını saxladığına görə məhkəməyə verir. Həmin qəzada Polşa prezidenti həlak olmuşdu. Məlumatı noyabrın 10-da ölkənin xarici işlər naziri açıqlayıb.

Rusiya hələ təhqiqatı bitirmədiyi üçün qalıqları qaytarmaqdan imtina edir. Witold Waszczykowski TVN24-ə deyib ki, Polşa “ləngidiyinə”, “Polşanın mülkiyyətini saxladığına görə” Rusiyanı Avropa İnsan Haqları Məhkəməsinə verəcək. “Aydındır ki, Rusiya qalıqları siyası məqsədlərlə saxlayır və biz də siyasi yolla cavab verməliyik,” o, deyib.

2010-cu ilin aprelində Smolensk yaxınlığındakı qəzanın pilotun səhvi ucbatından baş verdiyi bildirilir. Qəzada prezident Lech Kaczynski, mərkəzi bank rəhbəri, ordu komandirləri, bir sıra yüksək rütbəli rəsmilər, cəmi 96 nəfər həlak olmuşdu.

Polşada bəzi siyasətçilər Rusiyanın bu qəzada əli olmasına inanır. Polşa liderləri 1940-cı il Katın qətliamının anım tədbirinə gedirdilər. O vaxt Sovet İttifaqının gizli polisi minlərlə polşalı zabiti qətlə yetirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1122 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...