Kürd qoşunları hücumu davam etdirir: 100 İŞİD-çi məhv edildi
Kürd peşmərgələri ötən gün İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı başlatdıqları irimiqyaslı hücum əməliyyatları zamanı önəmli uğurlar qazanıblar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında kürd qoşunları Şimali İraqın Neynava vilayətinin inzibati mərkəzi olan Sincar şəhərini azad ediblər. Bundan başqa, onlar şəhərin iki tərəfindən də keçən starteji yolu bağlayaraq İŞİD-in nəzarət etdiyi 2 böyük şəhər - Rakka və Mosul arasındakı kommunikasiya xətlərini kəsiblər.
Əməliyyatda iştirak edən 7,5 mindən artıq kürd peşmərgə qüvvlərinə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək göstərir. Virtualaz.org-un "RİA-Novosti"-yə istinadən məlumatına görə, peşmərgələrin komandanlığından bildiriblər ki, sutka ərzində 100 nəfər İŞİD-çi öldürülüb. Onu da qeyd edək ki, Sincar şəhəri yezidi kürdlərinin müqəddəs şəhəri sayılır. 2014-cü ilin avqusutunda Sincarı və ətraf bölgələri ələ keçirən İŞİD minlərə yezidi kürdünün ölümünə və 400 min nəfərin qaçqın düşməsinə səbəb olmuşdu.
1069 dəfə oxundu