"O atəşdən xilas ola bilməyəcəksiniz" – Ərdoğandan sərt xəbərdarlıq

"O atəşdən xilas ola bilməyəcəksiniz" –


Türkiyə prezidenti Ərdoğan Xarici İqtisadi Əlaqələr İdarəsində təşkil olunan konfransda çıxışı zamanı Suriyada 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsinə də toxunub. Avropa.info xəbər verir ki, konfransda çıxış edən Rəcəb Tayyib Ərdoğan Suriyadakı müharibəyə dəstək olanlara səslənərək “O atəşdən xilas ola bilməyəcəksiniz” deyə xəbərdarlıq edib.

Konfransda iş adamlarına səslənən prezidenti Ərdoğan, məsələlərin geniş şəkildə müzakirə olunması lazım olduğunu vurğulayaraq G-20 zirvəsinin gündəminə Suriya, İraq məsələsini də daxil etməyin platformanın əsl məqsədinə zidd olmadığını söyləyib.

“Terroru bəhanə edərək Suriya üzərində oynadıqları oyunlarla qazanc əldə etdiklərini zənn edənlər çox keçmədən səhv yolda olduqlarını görəcəklər. Terror təşkilatları qarşısında ikili standartlarla hərəkət edən bütün ölkələrə xəbərdarlıq edirəm. Suriyadakı müharibəyə odun daşıyan hər kəs yaxın bir zamanda özünü o atəşin içində olmaqdan xilas edə bilməyəcək. Bu dostcasına bir xəbərdarlıqdır. Rusiyaya, Amerikaya, Almaniyaya da eyni təklifi edirəm. Gəlin birlikdə əlimizdən gələni edək. Suriyada ölən hər günahsızın qanı, gücü çatdığı halda qarısını almayan hər kəsə bulaşmıştır.”

Ərdoğan çıxışı zamanı yenə suriyalı qaçqınların məsələsinə toxnub. O minlərlə insanın digər ölkələrə üz tutduğunu vurğulayaraq məsələnin ən optimal həllini təklif edib. O bu məsələni həll etməyə gücü çatan ölkərə suriyada təhlükəsiz bölgə elan olunmasını və qaçqınların orada yerləşdirilməsini təklif edib.

Həmin bölgənin hava sərhəddi də uçuşa bağlı olduqdan sonra suriyalı qaçqınların tam olaraq təhlükəsizliyinin təmin ediləcəyini söyləyib. Əgər belə bir addım atılarsa o zaman suriyalı qaçqınlar da artıq Avropaya üz tutmadan öz ölkələrində qalmaq şansı əldə edərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1003 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...