Zəfər Günü ərəfəsində bu şəxslər mənzillə təmin olunacaq

Zəfər Günü ərəfəsində bu şəxslər mənzillə təmin olunacaq
Zəfər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasında 7 şəhid ailəsi və 8 qazi mənzillə təmin olunacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş 12 nəfər avtomobillə təmin edilib.

109 nəfər şəhid ailəsi üzvünə və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş 75 nəfərə “Dəstək” Fondu tərəfindən 439 583 manat vəsait ödənilib.

Belə ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada 31 şəhid ailəsi üzvü, 250 qazi və müharibə iştirakçısı daimi işlə təmin olunub, 18 nəfər şəhid ailəsi üzvü, 30 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs və müharibə iştirakçısı haqqıödənilən ictimai işlərə cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...