FED-in uçot dərəcəsini artırması manata təsir edəcəkmi?

FED-in uçot dərəcəsini artırması manata təsir edəcəkmi?

“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 1,5-1,75%-dən 1,75-2%-ə qaldırması Azərbaycan bazarına birbaşa təsir etmir”

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

"Bu qərarın funksional olaraq maliyyə əməliyyatları konteksində heç bir təsiri yoxdur", - deyə o, qeyd edib.

E.Rüstəmov həmçinin deyib ki, valyuta bazarı ilə bağlı gözləntilər obyektiv olmalıdır: "Biznes, əhali obyektiv gözləntilərlə yaşamalıdır. Gözəntilərin səhv işıqlandırılması prosesləri istəmədən başqa istiqamətə yönəldə bilər. Onu biz formalaşdırsaq da, translyasiyanı KİV təşkil edir. Ona görə də istərdik ki, proseslərin qiymətləndirilməsi, yazılması ilə bağlı vahid anlaşma olsun".

Bundan başqa, onun sözlərinə görə, əsas hədəf inflyasiya səviyyəsidir: "Neftin orta qiyməti 70 dollardır ki, bu da keçən illə müqayisədə 30% yüksəkdir. Bu da öz əksini xarici valyuta ehtiyatlarının 2,1 mlrd. dollar artmasında göstərib. Ökədə daxili bazarda strateji valyuta ehtiyatları artırsa, bu o deməkdir ki, valyuta təklifi tələbdən artıqdır. Manatın məzənnəsi AMB-nin əsas hədəfi deyil. Əsas hədəf inflyasiya səviyyəsidir. İnflyasiyanı idarə etmək isə məzənnəyə diqqət edilməsini tələb edir". (report.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...