Türkiyədə növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb Hansı partiya neçə yer qazanıb?

Türkiyədə növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb




Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb.

APA-nın məlumatına görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 54,06%, “Millət ittifaqı” 33,09%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,92 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.Türkiyədə keçirilən 24 iyun Parlament seçkilərinin indiyə qədərki nəticələrinə görə, AKP 298 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində təmsil olunacaq.

Musavat.com-un məlumatına görə, CHP Parlamentdə 141 yer qazanıb. HDP isə barajı keçmiş sayılır. İlkin məlumata görə, HDP-nin 65 namizədi deputat seçilib.

MHP məclisdə 51 yer qazanıb. İYİ Partiya isə Parlamentdə 45 vəkillə təmsil olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...