İlham Əliyev: "Azərbaycan Ordusu düşmənin bütün hərbi hədəflərini məhv edə bilər"

İlham Əliyev: "Azərbaycan Ordusu düşmənin bütün hərbi hədəflərini məhv edə bilər"

"Keçən ay Naxçıvanda Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində 11 min hektar 90-cı illərin əvvəllərində zəbt edilmiş torpaq düşməndən azad edildi. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

O bildirib ki, Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərdi: "Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Bir daha Naxçıvan əməliyyatı onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik və icra edirik. Bundan sonra da Azərbaycan ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin".

Prezidentin sözlərinə görə, Azərbaycan istəyir ki, münaqişə sülh yolu ilə həll olunsun: "Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz elə bir güclü ordu yaratmışıq ki, düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və strateji obyekti olmasın ki, Azərbaycan ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi hədəfləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...