Adnan Oktarın istintaqı: şifrəli yazışma, Mehdi rolu, ingilis barmağı…
Ona 353 sual verilib, cavabları 164 səhifədir
Türkiyədə Adnan Oktar qrupuna qarşı əsl əməliyyat indi başlayır. Çünki indi Oktarın rəqəmsal arxivinin araşdırılmasına start verilib. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, indi bir özəl heyət bu arxiv üzərində genişmiqyaslı əməliyyat aparır.
Rəqəmsal arxivə sadəcə seks xarakerli görüntülər və ya şantaj kasetləri aid deyil. Arxiv araşdırılmağa başlandığı zaman Adnan Oktar qrupunun dinləmələrə qarşı xüsusi taktika müəyyənləşdirdiyi ortaya çıxıb. FETÖ-cülərin bir-birilə şifrəli xəbərləşdiyi və xüsusi telefon nömrələrindən istifadə etdikləri kimi bunlar da özəl görüşmələrində əl yazısı ilə qeydlər tutublar. Adnan Oktar hətta ikili görüşləri zamanı da əl yazısı ilə təlimat verib. Amma o qeydlərin bir qismi cırılmayıb və bəzilərinin də unudulmamaq, ya da sonradan davam etmək üzrə şəkilləri çəkilib. O dəlillərin bir qismi rəqəmsal faktlar şəklində əldə edilib.
Adnan Oktar, 2013-cü ildə bir videosunda “Fətullah hoca, axirət zamanında gələcək mühüm şəxsiyyətlərdən biridir. Fətullah hoca Kahtani ola bilər. Mehdinin yardımçısıdır” demişdi. Bu durumda o, özünü də Mehdi kimi təqdim edirdi.
İstintaq zamanı ondan bu açıqlaması barədə də soruşulub. A.Oktar deyib: “Bizim qarşımıza çıxarlar deyə söylədim. Kahtani demək qan tökmək deməkdir. Mən onu həqarət üçün demişdim”. O, eyni zamanda FETÖ-cülərlə görüşməsini də boynuna alıb: “2010-cu ildə Tuncay Opçin, Mehmet Baransu və Ali Bulaçla görüşdüm. Onları hirsləndirməmək üçün “O, məni sevir, mən də onu sevirəm” dedim’ söyləyib.
Mehdi kimdir?
Mehdi məsələsi də gündəmə gəlib. İstintaqda dini ədəbiyyatı dərindən bilən əməkdaşlar da iştirak edib. Ondan “Mehdi məsələsi” soruşulduğu zaman isə A.Oktar deyib: “Məni tələyə salıb, Mehdi olduğumu söylədəcəksiniz”. Buna cavab olaraq ona deyilib: Yox, Mehdi olmadığını bilirik. Amma səndən Mehdiliyin əlamələrini soruşmaq istəyirik”.
Bunun ardınca Adnan Oktar sıralamağa başlayıb: “Birinci əlaməti odur ki, Mehdi Karaköydən çıxacaq. İkinci əlamət odur ki, ortaya qara bayraq çıxacaq. Birində çox böyük bir yerə hakim olacaqlar. Qara bayraq ikinci dəfə çıxdığı zamansa Mehdi, Türk-İslam birliyini təmin edəcək”.
Bu da onu göstərir ki, Mehdi olaraq özünü nəzərdə tutur. Çünki özü söhbətlərinə İstanbul Karaköydən başlayıb, İŞİD İraq və Suriyada qara bayraq altında böyük bir ərazini ələ keçirəndə həyəcanlanıb, Mehdi olaraq üçüncü əlaməti gözləyəndə də qarşısında polisi görüb.
İngilis əməliyyatıdır?
Adnan Oktar sözügedən əməliyyat üçün “İngilis dərin dövlətinin oyunudur” demişdi. İstintaq zamanı ona bu sual da verilir. Sual-cavab bu formada davam edib:
- Bu əməliyyatı ingilis dərin dövləti həyata keçirib deyirsən. Bizim tipimizdə ingilis dərin dövləti var?
Adnan Oktar: - Yox, yox.
- O zaman İstanbul əmniyyət müdirimizdə, ya da İstanbul cümhuriyyət baş prokurorumuzda elə bir tip var?
Adnan Oktar: - Yox. Niyə ki?
- O zaman daha yuxarı çıxaq. Prezidentimiz ingilis dərin dövlətidir?
Adnan Oktar: - Yox, elə şey olarmı? Biz Tayyip bəyə dəstək verdik.
- Bəs bu İngilis dərin dövləti söhbəti hardan çıxdı?
Adnan Oktar: - İngilis kraliçası prezidentə bir heyət göndərdi, “Adnan Oktara qarşı əməliyyat keçirin” deyə rica etdilər.
789 dəfə oxundu