Qalmaqallı sualı hazırlayan alim danışdı - “Səhvdən söhbət gedə bilməz”

Qalmaqallı sualı hazırlayan alim danışdı -

“II və III ixtisas qrupu üzrə qəbul imtahanında heç bir səhv sual yoxdur”. Gundeminfo.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı DİM-in tarix fənni üzrə eksperti, antropoloq alim Kərəm Məmmədov deyib.

Onun sözlərinə görə, suallarda dərsliyə aid olmayan heç nə yoxdur:

“Dərsliyə nə uyğun deyil? Gürcüstanda Azərbaycan səfirliyinin yaranmasını bilməyən abituriyent abituriyent sayılır? Üstəlik, dərslikdə də yazılıb ki, Azərbaycan Respublikası qonşu ölkələrdə, habelə Çin, Hindistan və digər ölkələrdə öz səfirliklərini açıb. Deməli, Gürcüstan qonşu ölkə deyil? Azərbaycan Respublikasının Gürcüstanda səfirliyi olmasa, hansı strateji müttəfiqlik əlaqəsi saxlaya bilər?”.

Kərəm Məmmədov III ixtisas qrupu üzrə səhv adlandırılan suala da aydınlıq gətirib:

“Azərbaycan Respublikasının Konstutsiyasına əsasən, hakimliyə namizədlərə və Milli Məclisin deputatlarına tələb olunan xüsusiyyətlər var. Hakimliyə namizədlər siyasi partiyanın üzvü ola, əvəzedici vəzifə və məşğuliyyətlə məşğul ola bilməzlər. Lakin elmi fəaliyyətlə məşğul ola bilərlər. Milli Məclisin deputatları isə din xadimi ola bilməzlər və pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Sadəcə opponent bir bəndi – “hakimliyə namizədlər elmi fəaliyyətlə məşğul ola bilərlər” bəndini seçir. Ancaq orda iki cavab var. Həm də bu adamlar siyasi partiyanın üzvü ola bilməzlər. A və B variantları doğrudur. Həmin abituriyent söyləyir ki, 2-də A və C variantları yazılıb. Deməli onda bu da düzdü. Belə olan halda sual tamamlanmır. Sualın tamamlanması üçün “hakimliyə namizədlər siyasi partiyanım üzvü ola bilməzlər” və “elmi fəaliyyətlə məşğul ola bilərlər” bəndləri seçilməlidir.

Səhv adlandırılan hər iki sualda səhvdən söhbət belə gedə bilməz. Buna görə də abituriyentlərin xeyrinə hesablanmayacaq”.

Qeyd edək ki, təhsil eksperti və tarix müəllimi Kamran Əsədov Tarix fənni üzrə II ixtisas qrupunda D variantı 91 saylı test tapşırığının cavablarında hər iki bənddə doğru cavab olduğunu, III ixtisas qrupu üzrə isə B variantı 73 saylı test tapşırığının isə orta məktəb dərsliklərinə uyğun gəlmədiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...