Deputat “nəvə toyu”na görə istefa verib? - AÇIQLAMA

Deputat “nəvə toyu”na görə istefa verib? -

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri təyin olunduqdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə ay bundan əvvəl Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən öz ərizəsi ilə azad edilib.

Bunu Axar.az-a açıqlamasında Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva deyib.

O bildirib ki, bununla belə professor Bəxtiyar Əliyev Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir, BDU Elmi Şurasının üzvüdür.

Qeyd edək ki, mətbuatda Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi iddia edilən Bəxtiyar Əliyevin Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...