“Tofiq Yaqublunun Ermənistana qarşı savaşdığını demək onlara sərf etmir”
Deputat Erkin Qədirli Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqubluya oxunan hökmə münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, E. Qədirli Tofiq Yaqublunun işi ilə bağlı ingilis dilində yayımlanan təqdimatlardan razı qalmadığını qeyd edib:
"Demək olar ki, heç birində Tofiq bəyin işğalçı Ermənistana qarşı savaşdığına dair bir məlumat görmədim. Hərçənd, Tofiq bəyin prinsipiallığı və cəsarəti haqqında hekayə oradan qurulmağa başlamalı idi. Dəfələrlə yazmışam, bizdəki psevdo-liberalların və solçuların çoxu, əslində, sadəcə maymaqdır, milli təəssübkeşlikləri yoxdur. Tofiq bəyin işini (hekayəsini) Qərbə daha ucuz satmaq (təqdim etmək) üçün, Tofiq bəyin həyatında ən önəmli səhifəni görməzdən gəlirlər. Tofiq bəyin Ermənistanın təcavüzünə qarşı savaşdığını vurğulamaq onlara sərf etmir, Qərbdəki liberallara və solçulara orası lazım deyil.
Yaxın günlərdə AŞPA-nın hüquq komitəsinin toplantısı olacaq, orada Azərbaycanda siyasi məhbuslarla bağlı mövzu açılacaq. Gündəlikdə ancaq mərizəçinin təqdimatı qeyd olunub. Belə anlaşılır ki, qərar olmayacaq. Ola bilsin, müzakirə də olmasın. Olacaqsa, söz alıb, başqa şeylərlə yanaşı, Tofiq bəyin Ermənistanın təcavüzünə qarşı savaşdığını da vurğulayacağam. Bununla həm ölkəmizdə siyasi məhbus problemini, həm də Ermənistanın təcavüzü problemini göstərə biləcəyəm. Tematik ittifaqlar çox önəmlidir. Ölkəmizi elə tənqid etmək gərəkdir ki, düşmənlər ondan yararlana, mövzunu ələ ala bilməsinlər. Tofiq bəyin Ermənistana qarşı savaşdığını vurğulamaqla, Tofiq bəyin işindən sui-istifadə fürsətini ermənilərin və onların yandaşlarının əlindən almış ola bilərik. Kontekst önəmlidir. Bu, bizim mövzudur! Öz problemlərimizi özümüz çözməliyik".
Qeyd edək ki, dünən Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hakim N.Mehdiyev son günlər karantində nəvəsinə toy etməsi ilə gündəmə gələn AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.
1017 dəfə oxundu