Deputatlar yenə toplanır – Üç məsələ müzakirə olunacaq

Deputatlar yenə toplanır –


İyulun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, iclasın gündəliyinə üç məsələ daxil edilib.

Deputatlar komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı və 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi barədə müzakirə aparacaqlar.

Həmçinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” sazişin təsdiqlənməsi barədə qanun layihəsini müzakirəyə çıxaracaqlar.

Daha sonra isə cari məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
666 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...