Əli Həsənov Mehdiyevin əleyhinə ifadə verməyə HAZIRDIR!
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovla bağlı redaksiyamıza ilginc informasiya daxil olub. Belə ki, gah Türkiyədə, Gah da Dubayda olduğu deyilən sabiq şöbə müdirinin son günlər barəsində səslənən ittihamları inadla təkzib etməsi fonunda fərqli gedişləri də var imiş. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, Əli Həsənov "yuxarılarla" təmasa keçə bilməsi üçün çaba sərf edir: "Təsəvvür edin, dünənə qədər neçə-neçə insan barəsində əzazil hökm verən Əli Həsənov indi özü mədət umur və vəziyyəti olduqca gərgindir. Hətta "yuxarılara" mesaj da ötürüb ki, Ramiz Mehdiyevin əleyhinə işbirliyiniə hazırdır".
Hər halda Əli Həsənovun belə bir çağırışla imdad diləməsini dəqiqləşdirmək imkanlarımız məhdudur, amma buna rəğmən əldə etdiyimiz bilgiləri qarşı trəfi dinləməyə hazır olduğumuzu bəyan etməklə paylaşırıq.
Mənbə daha sonra əlavə edir: "Əli Həsənov bu gün nəinki Ramiz Mehdiyevi, hər kəsi satmağa hazırdır. O qədər gərgindir və yaxşı başa düşür ki, növbəti proseslərdə ilk qurban gedən o olacaq. Doğrdurur, "vurulma" zamano, Ramiz Mehdiyevdən sonra yola salındı. Amma Ramiz Mehdiyev getdiyi gündən onun çırağı sönmüşdü və PA-da lazımsız bir fiqura çevrlmişdi. İşi-gücü yalnıs "facebook"da status yazmaqdan ibarət idi. Yəni onun Mehdiyevdən sonra "vurulması" o demək deyil ki, Mehdiyev həbs olunandan sonra Əli Həsənovdan "ayın tarixini soruşacaqlar..." Bu belə deyil".
Mənbə bildirir ki, yaxın günlərdə KİVDF və digər Həsənova yaxın qurumlarla bağlı hüquqi araşdırmlar intensiv xarakter alacaq: "Adam bir yandan yalvarırsa, o biri yandan da köhnə ampluasındadır. Bunu bilən bilir..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
944 dəfə oxundu