İsraildə müharibə vəziyyəti elan olundu

İsraildə müharibə vəziyyəti elan olundu
İsrail hakimiyyəti ölkənin “müharibə vəziyyətinə” keçirilməsi qərarını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.
Bildirilib ki, bu böyük hərbi əməliyyatların başlanmasını nəzərdə tutur.
“Hərbi-Siyasi Nazirlər Kabineti (hökumətin əsas nazirlərindən ibarət) dünən axşam (7 oktyabr) müharibə vəziyyətinə keçidi və müvafiq olaraq, iri hərbi əməliyyatların başlanmasını təsdiqləyib”, - bəyanatda deyilir.
Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. HƏMAS İsrailə 5000 raket atdığını bildirib. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və ölkənin müdafiə naziri Yoav Qalant orduya ehtiyatda olan hərbçilərin çağırışını təsdiqləyib, həmçinin Qəzzadan 80 km radiusda “arxada xüsusi vəziyyətin” tətbiqinə göstəriş verib.
Hazırda İsrail ordusu Qəzzada “Dəmir Qılınclar” əməliyyatı keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...