«Lady Sharm» vaxtilə saxta mallar satdığına görə - 1 MİLYON MANAT CƏRİMƏ EDİLİB

Azərbaycanda bir sıra ticarət şəbəkələrinin tanınmış brend adı altında saxta mallar satması halları ilə bağlı məsələ bir qəər əvvəl Ali Məhkəmədə növbəti dəfə araşdırılıb.

GUNDEMİNFO.AZ FED.az-a istinadla xəbər verir ki, söhbət Bakıda məşhur olan «Lady Sharm» ticarət şəbəkəsində bir neçə il əvvəl satılan saxta brend mallardan gedir.

2020-ci ildə başlayan məhkəmyə prosesi fasilələrlə davam edib və 2022-ci ildə Ali Məhkəmə bununla bağlı kassasiya protestini araşdırıb.

Xatırladaq ki, «Lady Sharm»da 2016-2017-2018-ci illərdə saxta malların satışından gedir. Məhkəmə işində göstərilir ki, həmin şirkət müxtəlif ölkələrdə istehsal edilən aşağı və orta keyfiyyətli fabrik malları «Binə» ticarət yarmarkasındakı sexlərdə dəyişdirilib. Yəni onların üzərindəki əsl etiketlər və istehsal yeri olan yazılan çıxarılıb onun üzərinə saxta “Dolce&Gabbana”, “Chanel”, “Fendi”, “X”, “Valentino” və “Gucci” etiketləri vuraraq guya bu geyimlərin Türkiyə, Fransa və İtaliya Respublikalarında fabrik-zavodda istehsl olunması görüntüsü yaradıblar.

Sonra bu geyimlər şirkətin müxtəlif ünvanlardakı 13 mağazasında satışa çıxarılıb, xarici mallar kimi təqdim edilərək real dəyərindən qat-qat artıq qiymətə satılıb və alıcılara maddi zərər vurublar.

Həmin mağazalar Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 15, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 79, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3018, mənzil 34A, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 17, Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 148, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 830-835-ci məhəllə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanında yerləşən “Metropark” Ticarət və əyləncə mərkəzi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi, ev 13, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 65D, Sumqayıt şəhəri, Sülh küçəsi, ev 370E və Gəncə şəhərində yerləşib.
«Lady Sharm» vaxtilə saxta mallar satdığına görə -

Məhkəmə işində göstərilir ki, günahkarlar bu malların cəlbediciliyini artırmaq və daha inandırıcı və cəlbedici görünməsi üçün “endirim kampaniyası” elan ediblər.

Nəticədə real bazar qiyməti 50 manat təşkil edən “X” markalanma yazılı 1 ədəd qadın paltosunu 99 manata, real bazar qiyməti 135 manat təşkil edən “X” markalanma yazılı 1 ədəd kaşemir qadın paltosunu 269 manata, real bazar qiyməti 40 manat təşkil edən “X” markalanma yazılı 1 ədəd qadın gödəkcəsini 79 manata, real bazar qiyməti 35 manat təşkil edən “X” markalanma yazılı 1 ədəd qadın gödəkcəsini 69 manata, real bazar qiyməti 40 manat təşkil edən “X” markalanma yazılı 1 ədəd qadın üçün uzunqol koftanı 80 manata, real bazar qiyməti 40 manat təşkil edən “X” markalanma yazılı 1 ədəd qadın üçün uzunqol koftanı 80 manata, real bazar qiyməti 40 manat təşkil edən “Made in Turkey Lady Karen Dress” markalanma yazılı 1 ədəd donu 79 manata və sair qiymətlərlə satıblar.

Zərərçəkmiş şəxsin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları əsasında 02 və 04 fevral 2019-cu il tarixlərində həmin idarənin əməkdaşları tərəfindən qeyd olunan ünvanlarda yerləşən “X” şəbəkəsinə aid anbarda, sexdə və mağazalarda axtarışlar aparılarkən üzərindəki əmtəə nişanları və coğrafi göstəriciləri dəyişdirilmiş 187 adda, 7.755 ədəd saxta etiket-yarlıqlar tikilmiş geyim əşyaları saxlanıldıqları yerlərdən aşkar edilərək götürülüb. Araşdırma zamanı 300 min ədəd saxta etiket də götürülüb və onlar məhkəmə qərarı ilə məhv edilib. Bundan başqa 187 adda və 7755 ədəd üzərinə saxta etiket vurulan malların da saxta etiketləri sökülərək şirkətə qaytarılıb.

Qeyd edək ki,məhkəmənin qərarı ilə ittiham olunanlar 1 il 8 ay və 1 il 9 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, amma bu müddət 2019-cu ildən sayılıb və 2021-ci ildə məhkəmə zalından azadlığa buraxılıblar.

İşin maraqlı tərəfi iqtisadi sanksiyalar və cərimələrlə bağlıdır. Məhkəmə araşdırmasında tətbiq ediləcək cərimənin məbləği mübahisə mövzusu olub və bir neçə dəfə ekspertizadankeçirilib.

Sonda isə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən şirkətə qarşı ümumilikdə 999 min manat maliyyə sansiyası tətbiq edilib. Bu pozuntu olan dövriyyənin 10%-i qədərdir. Pozuntuların illər üzrə bögüsü djə açıqlanıb, belə Ki, 2016-cı il üzrə - 90 000 manat; 2017-ci il üzrə - 411 782 manat; 2018-ci il üzrə isə 497 281 manat cərimə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, Ali Məhkəmənin cinayət kollegiyası bu işi ittihamçı tərəfin kassasiya protesti əsasında araşdırıb, yəni ittiham tərəfi cazanın ağırlaşdırılmasını istəyib, amma qərar dəyişdirilmədən olduğu kimi saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...