Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Dünən axşam Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzildə 1982-ci il təvəllüdlü Namik İsrafilov tanışı tərəfindən qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən Namik İsrafilov tanınmış vəkil Vasif İsrafilovun qardaşıdır. Onun xeyli vaxtdır Bakı şəhərində tək yaşadığı bildirilir.

Qeyd edək ki, fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətli törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Ağazadə saxlanılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...