Tanınmış iş adamının oğlunun restoranı cərimələnə bilər

Tanınmış iş adamının oğlunun restoranı cərimələnə bilər

Bakıda fəaliyyət göstərən "The Cheese” restoranı barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, restoran İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq) ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.

İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

"The Cheese” restoranı vergidə "The Cheese” MMC kimi qeydiyyatdadır. MMC 23 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Əlixanbəyov Emil Talıb oğludur.

Emil Əlixanbəyov tanınmış iş adamı, ATEF şirkətlər qrupunun sahibi Talıb Əlixanbəyovun oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...