“Elçin məhkəməyə gələndə bu məsələlər aydınlaşacaq” - Əvəz Zeynallı ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası davam etdirilib.
Yeniavaz.com Pravda.az-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əvəz Zeynallı ifadə verib.
O bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır və sifarişlidir:
“Mən Elçin Sadıqovdan başqa heç kəsi tanımıram. Rasim Məmmədovu, ümumiyyətlə görməmişəm. Ona qarşı heç vaxt hədə-qorxu gəlməmişəm, barəsində təhqiredici məlumatlar yaymamışam. Yalnız Rasimlə bağlı digər mətbuat orqanlarında gedən yazıları Yutub kanalımda səsləndirmişəm. Elçin Sadıqov bir neçə dəfə dedi ki, hər ikinizin vəkiliyəm, möhlət ver, hazırda Rasim həbsdədir. Onunla oturub söhbət etmişəm. Pul alınmağı ilə bağlı isə söhbətimiz olmayıb. Görüşümüzdən sonra Eynulla Fətullayev səs yazısını yaydı. Sonra məlum oldu ki, mən guya ondan 20 min manat pul almışam. Elçin də təsdiqləyib ki, belə bir hal olmayıb. Hətta Rasimin ailəsi də açıqlama verib ki, Əvəzə pul verməmişəm. Lakin Elçin həbs ediləndən sonra söyləyib ki, guya mən onun vasitəsilə Rasimin ailəsindən pul alıb. Elçin məhkəməyə gələndə bu məsələlər aydınlaşacaq”.
Əvəz Zeynallı Elnur Şükürovla bağlı epizodda isə deyib ki, ona heç bir tapşırıq verməyib, heç kəsdən pul almayıb.
Qeyd edilib ki, “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.
580 dəfə oxundu