İki erməni hərbçisinin meyiti Laçın postundan Ermənistana aparılıb – KİV

İki erməni hərbçisinin meyiti Laçın postundan Ermənistana aparılıb –
Bir neçə gün əvvəl Azərbaycanın Qarabağ bölgəsinə hələk olan iki erməni hərbçisinin meyitini iyulun 1-də Beynəlxalq Qırmızı Komitəsi Laçın nəzarət buraxılış məntəqəsindən keçməklə Ermənistana aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.
Mətbuat orqanı bu barədə məlumatı iyunun 29-da separatçı rejimin “ombudsman”ı kimi təqdim etdiyi Geğam Stepanyandan aldığını yazıb.
Bildirilir ki, bu iki hərbi qulluqçu Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı separatçılar arasındakı qarşıdurma zamanı həlak olub.
Xəbərdə deyilib ki, iyunun 28-də baş vermiş insidentdə dörd erməni həlak olub.
Stepanyanın sözlərinə görə, ölənlərdən biri – 20 yaşlı Samvel Torosyan Xankəndi sakinidir, amma valideynləri onun Yerevandakı “Yerablur” hərbi qəbirstanlığında dəfn olunmasını istəyirlər.
Digər həlak olmuş hərbçinin – 20 yaşlı Yervand Tadevosyanın keçmiş Laçın sakini olduğu, lakin 44 günlük müharibədən sonra Ermənistanda yaşadığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...