Xarici şirkətlərin Azərbaycan nümayəndəliyinin rəhbəri həbs edilə bilər - Milyonluq borc
Rusiya Federasiyasının "Pera Plastik Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Qaynarinfo-nun məlumatına görə, "Pera Plastik Qrup" MMC-nin Azərbaycan Nümayəndəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 209 min 361 manat 44 qəpik vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğlunun ölkədən çıxışına müvəqqəti qadağa qoyulması üçün məhkəməyə müraciət edilib.
Qeyd edək ki, Ramiz Rzayev bir sıra şirkətlərlə yanaşı, "Kasxim" Məhdud Məsuliyyətli Ortaqlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin də qanuni təmsilçisidir.
Bu şirkətin də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 293 min 303 manat 47 qəpik vergi borcu var.
Ümumilikdə dövlətə külli miqdarda vergi borcu olan sahibkarın həbs edilmək təhlükəsi də var.
676 dəfə oxundu