“Nikosayağı”nın düşdüyü qəzada öldüyü deyilən Ruslan: “Ölən başqa şəxsdir”

“Nikosayağı”nın düşdüyü qəzada öldüyü deyilən Ruslan:
Bu gecə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində Nicat​ Şakirlinin idarə etdiyi “Porsche” markalı​ avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. “Nikosayağı” kimi tanınan Nicat Şakirlinin isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.
Qəza baş verən zaman bəzi xəbər səhifələri yanlışlıqla Ruslan adlı başqa bir şəxsin şəklini dərc edərək, onun öldüyünü tirajlayıblar. Əslində həmin şəxs nə qəza baş verən zaman orada olub, nə də hər hansı bir xəsarət alıb.

GUNDEMİNFO.AZ xəbər evrir ki, barəsində ölüm xəbəri yayılan Ruslan Aslanov Baku.ws-ə açıqlamasında bildirib ki, o, Nicatla yaxın dost olsa da qəza zamanı orada olmayıb:

“Mən hadisə olan vaxt evdə idim və yatırdım. Gecə saatlarında mənə zənglər gəlməyə başladı və hamı məndən halımı soruşdu. Sonra xəbər tutdum ki, bəzi səhifələr yanlışlıqla mənim şəklimi paylaşaraq ölüm xəbərimi yayıblar.

Buna görə mənim ailə üzvlərim də çox narahat olub. Lakin qəzada dünyasını dəyişən başqa Ruslandır. Onun soyadı Məmmədovdur. Allah ona rəhmət eləsin, Nikoya isə şəfa versin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...