Geyim satan şirkət yol təmir edəcək - Yarımmilyonluq şübhəli tender
Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yollarda təmir işlərinin satın alınması ilə əlaqədar "Koneks Construction” MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 487.750,07 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
"Koneks Construction” MMC tender kralı kimi tanınır. Reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilsə də, bir çox mənbələrdə "Koneks Construction” MMC-nin 2016-cı ildən fəaliyyətdə olduğu qeyd edilir.
Bundan başqa, şirkətlə bağlı yayılan məlumatlardan görünür ki, "Koneks Construction” MMC geyim, dəftərxana ləvazimatları, odun kimi müxtəlif malların satışını həyata keçirir.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən müsabiqə elanlarından görünür ki, şirkət əsasən MKTB-lərin keçirdiyi tenderlərin qalibi olur. Bu tenderlər isə adətən məhəllədaxili yolların təmiri ilə bağlı olur.
Xəzər Rayon MKTB Xəzər Rayon İcra Hakimiyyətinə tabeli qurumdur.
656 dəfə oxundu