Yüksək vəzifəli məmur oğlunun toyunda kütləvi dava

Yüksək vəzifəli məmur oğlunun toyunda kütləvi dava
Sumqayıt şəhərində yerləşən şadlıq sarayının birində kütləvi davada ölən və yaralıların olduğu bildirilib.

Gundeminfo.a publika.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki şadlıq saraylarından birindəki toy məclisində baş verib.

Məlumata görə, Sumqayıtda toyda tərəflər arasında düşən dava Saray qəsəbəsi parkında davam etdirilib, İçkili tərəflər arasında gərginlik bir neçə nəfər bıçaqlanması ilə nəticələnib. Hadisə nəticəsində bıçaqlanan şəxslərdən biri ölüb, bir neçə nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qan gölünə çevrilən toy vəzifəli şəxslərdən birinin övladının məclisi olduğu da deyilib. Hazırda faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...