Yeni terror dəhlizi: Ermənistan

Yeni terror dəhlizi:

PKK-nın Ermənistandakı düşərgələrindən sol təmayüllü təşkilatların dəstəyi ilə terrorçular Ağrı, Bingöl, Tunceli və Tokat vilayətləri ilə Qara dəniz bölgəsindəki dağlara göndərilir.

AzVision.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Türkiyə Hərbi Hava Qüvvələrinin ölkənin İraqın şimalı ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməsindən sonra PKK terrorçuları Türkiyəyə Ermənistan ərazisindən keçirlər. Son aylarda şimal-şərq vilayətlərində PKK terrorçularına qarşı keçirilən reydlər zamanı ələ keçirilən terrorçular Türkiyə ərazisinə Ermənistandan keçdiklərini deyiblər.

Qəzet bildirir ki, Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular bölgədə məskunlaşmağa cəhd göstərirlər. Türkiyəyə gizli yolla keçən terrorçular Gümüşhanə bölgəsində toplaşmağa çalışırlar. Bundan başqa, PKK üzvlərinin Ermənistan-Türkiyə sərhədini keçərək Tendurek dağına yerləşdiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
715 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...