Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Ağcabədidə AĞLASIĞMAZ DƏHŞƏT

Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... -

Ağcabədi rayon sakinləri – 1991-ci il təvəllüdlü Məhəbbət Məmmədov, onun qardaşı, 1987-ci il təvəllüdlü Sahib Məmmədov və onların bacıları – 1985-ci il təvəllüdlü Məlahət Məmmədovanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org "publika.az”a istinadən xəbər verir ki, Məlahət Məmmədova qardaşları – Sahib və Məhəbbətlə bir qrup şəxs halında birləşib, cinayət əlaqəsinə giriblər. Buna səbəb Məlahətin cinsi əlaqədə olduğu oğlan Sadiq Babayevin onun haqqında rüsvayedici məlumatlar, video çəkilişlər yayması olub.

Sevgililərin yataqda çəkilişi

Belə ki, Məlahət Məmmədova Ağcabədi rayon Hindarx qəsəbəsində yerləşən özünəməxsus evin yataq otağında qeyri-rəsmi münasibətdə olduğu Sadiq Babayevlə cinsi əlaqəyə girib. Bu zaman S.Babayev foto və video çəkilişlər aparıb.

Daha sonra Sadiq Babayev həmin video və fotoşəkilləri yaymaqla onun biabır edib. Bu səbəbdən 12 iyul 2016-cı il tarixdə, gecə saat 04-də yataq otağında olan zaman Məlahətlə Sadiq arasında mübahisə yaranıb.

Səs-küy, dava

Bu zaman sevgililərin arasında mübahisə böyüyüb və səs-küyə səbəb olub. Səs-küyə yan otaqda yatan Məlahətin qardaşları – Sahib və Məhəbbət oyanıb. Onlar bacılarının yataq otağına gəliblər.

Bu vaxt Məlahət köməyə gələn qardaşlarına Sadiqin hərəkətlərini deyib və bildirib ki, Sadiq yenə də həmin çəkilişləri sosial şəbəkədə yayacaq.

Çəkiliş etməsi başına bəla oldu

Bundan əsəbiləşən qardaşlar bacıları ilə birlikdə Sadiqi cəzalandırmaq qərarına gəliblər. Bu məqsədlə onlar fiziki ağrı və ya psixi iztirablar vermək üçün Sadiqə hücum ediblər.

Məmmədov qardaşları yumruqla Sadiqin ağız nahiyəsindən vurublar, onun qaçmasına imkan verməmək üçün əllərini yaylıqla bağlayıblar.

Əlini bağladılar, amansızcasına döydülər

Daha sonra otaqda Məmmədov qardaşları bacıları ilə birlikdə Sadiqin bədəninin müxtəlif nahiyələrinə əlləri, ayaqları və dizləri ilə mütəmadi surətdə ardıcıl zərbələr vurmaqla onu döyüblər.

Sonra Sadiqi qolları bağlı vəziyyətdə evin həyətinə düşürüb və stulun üstündə əyləşdiriblər. Hər iki qardaş orada Sadiqi döyərək, huşsuz vəziyyətə salıblar.

Evin həyətində işgəncə

Sonra Sadiqin şəxsiyyətini alçaltmaqla psixi iztirablar vermək, güclü fiziki ağrılar yetirmək məqsədilə saçlarını qırxıblar.

Bundan sonra onu daşlı-çınqıllı yerə çırparaq yerdə saxlayıb, bədənin müxtəlif nahiyələrinə təkrar zərbələr vurublar. Sonra Sadiqin əynində olan paltarlarını cıraraq çıxarıblar.

Evin həyətində sürüdülər

Bununla kifayətlənməyərək qardaşlar yenidən güclü fiziki ağrılar və psixi iztirablar vermək, alçaltmaq məqsədi ilə yarıhuşsuz vəziyyətdə olan Sadiqin əynində qalmış alt paltarını çıxarmaqdan ötrü onu daş-çınqıl üzərində sürüyüb, həyətin digər hissəsinə aparıblar.

Orada yenə də bədəninin müxtəlif nahiyələrindən vurub, daş-çınqıl üzərinə yıxaraq alçaltmaq və rüsvay etmək üçün alt paltarını əynindən çıxarmağa çalışıblar.

Huşsuz çılpaq vəziyyətdə aşkarlandı

Bu vəziyyətdə Sadiqin foto və video görüntülərini mobil telefonla çəkiblər. Hadisə yerinə gələn polis əməkdaşları Sadiqin evin həyətində yerə yıxılmış, yarı huşsuz vəziyyətdə aşkarlayıblar. Həmin vaxt Sahib polis əməkdaşlarının yanında Sadiqin sinəsindən təpiklə bir dəfə zərbə vurub.

4 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 133.2.6-cı (işgəncə verməklə əzab vermə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.

İki qardaşa, bir bacıya şərti cəza

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Məhəbbət Məmmədov 3 il, Sahib Məmmədov 2 il 6 ay, Məlahət Məmmədovanın barəsində isə 2 il müddətinə şərti cəza seçilib. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından sərbəst buraxılıblar.

Prokurorluq bu hökmdən narazı qalıb. Birinci instansiya məhkəməsində işə çıxan prokuror imzası ilə apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmiş Sadiq Babayev də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxslərə ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulmuş qaydada ən ağır cəza verilməsini istəyib.

Prokurorun protesti və zərərçəkmişin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayəti hakim Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokuror şikayət etdi, iki qardaş həbs olundu

Apelyasiya protesti və şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Məhəbbət Məmmədova 3 il, Sahib Məmmədova isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Onların barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs ediliblər. Məlahət Məmmədovanın barəsində isə 2 il müddətinə şərti cəza qüvvədə saxlanılıb.

Bundan sonra Məhəbbət Məmmədov və Sahib Məmmədovun vəkilləri kasasiya şikayəti verib. Onlar müdafiə etdikləri şəxslərin barəsində şərti cəza təyin edilməsini istəyiblər.

Təzminat davası

Zərərçəkmiş Sadiq Babayev də kasasiya şikayəti verib. O, şikayətində xəsarət aldığı üçün uzun müddət işləyə bilməyib. Bu səbəbdən o, təqsirləndirilən şəxslərin ona 27 min 200 manat məbləğində təzminat ödəmləri ilə bağlı iddia irəli sürüb.

Tərəflərin şikayətləri araşdırılması üçün Ali məhkəməyə təqdim edilib. Kasasiya şikayəti hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti kasasiya şikayətlərinin təmin edilməməsi barədə qərar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...