Qadın alverçilərinin dəstə başçısı olan Züleyxa tutuldu - Qadınları Türkiyə və Dubaya aparırmış

Qadın alverçilərinin dəstə başçısı olan Züleyxa tutuldu -

Azərbaycanlı qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən 1963-cü il təvəllüdlü Züleyxa Nüsrəddin qızı Həsənova həbs edilib. Gundeminfo.az teleqraf.com-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini olan Züleyxa Həsənovanın həbs edilməsi üçün əməliyyatı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.

Məlum olub ki, Züleyxa Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.

Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.

Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.

İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə Züleyxa Həsənovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını vəsatətinə baxılıb.

Hakim vəsatəti təmin edib və Züleyxa Həsənovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...