Qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutuldu

Qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutuldu

Neftçala rayonu Bankə qəsəbə sakini olan bir qadın evdə olmadığı müddətdə mənzilindən kompüter və məişət əşyaları, habelə 2000 manat pulunun oğurlanması barədə polisə məlumat verib.
DİN-dən Modern.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Şəhriyar Nəhmətov saxlanılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Ş.Nəhmətovun Neftçala və ətraf rayonların ərazilərində analoji cinayətlərdə əlinin olub-olmaması araşdırmalardan sonra məlum olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...