Türkiyədə daha 61 zabitin həbsinə qərar verildi

Türkiyədə daha 61 zabitin həbsinə qərar verildi

Ankara Baş Prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqədar açılan cinayət işi çərçivəsində yüksək rütbəli zabitlər daxil olmaqla ölkənin dəniz və quru qoşunlarında xidmət edən 61 şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həbs olumalarına dair əmr verilən 61 hərbçidən 18-i hazırda aktiv hərbi qulluqda olanlardır. Ümumilikdə isə, 61 şübhəli siyahısına Quru Qoşunları Komandanlığının 13 mayoru və 12 kapitanı, Dəniz Qüvvələri Komandanlığının 24 baş leytenantı, 7 leytenantı və 5 çavuşu daxildir.

Prokurorluqdan bildirilib ki, şübhəlilərin FETÖ-nün məhrəm imamları ilə taksafonlarla və axtarış sistemləri vasitəsilə vaxtaşırı əlaqə saxladıqları müəyyənləşdirilib.

Türkiyə polisi barəsində həbs qətimkan qərarı çıxarılan şübhəlilərin saxlanılması və inzibati prosedurlar üzrə əməliyyatlara başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...