Azərbaycanda vəzifəli şəxs yoxa çıxdı - FOTO

Azərbaycanda vəzifəli şəxs yoxa çıxdı -

Şəkidə itkin düşən vəzifəli şəxs olub.
Open.az-ın əldə etdiyi məlumata görə, itkin düşən Ramis Azaqov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşıdır.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

***

Şəkidə 62 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngliayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi , orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...