Bakı sakini bacısının 10 günlük körpəsini 350 manata satıb

Bakı sakini bacısının 10 günlük körpəsini 350 manata satıb

Azərbaycanda 10 günlük körpə 350 manata satılıb.

“Report”un xəbərinə görə, 2 ay əvvəl Xaçmaz şəhər sakini M.Z. polisə müraciət edərək 21 yaşlı oğlu Q.-nın qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini 22 yaşlı L.H.-nın (qadın) 2017-ci ilin oktyabr ayında yaşadıqları evdən çıxaraq itkin düşdüyünü bildirib.

Polis əməkdaşları L.H-nı Abşeron rayonu ərazisində tapıb. Məlum olub ki, L.H. qeyri-rəsmi nikahda olduğu Q. ilə mübahisə edərək evdən çıxıb və Bakıda yaşayan bacısı G.-nın yanına gəlib. Bu ilin avqustunda isə o, paytaxtdakı xəstəxanaların birində qız uşağı dünyaya gətirib. On gün sonra G. bacısı L.H-nın körpəsini Gəncə sakini olan 35 yaşlı qadına 350 manata satıb.

Fakt üzrə araşdırma davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...