Tərtərdə gənc oğlan minaya düşdü, ayağı kəsildi - Bacısı aprel döyüşlərində həlak olub

Tərtərdə gənc oğlan minaya düşdü, ayağı kəsildi -

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

Gundeminfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Nəticədə 1986-cı il təvəllüdlü Azad adlı gəncin bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.

Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov də saytımıza açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hazırda xəstəxanadan gəlir, Azad əməliyyata alınıb:
Tərtərdə gənc oğlan minaya düşdü, ayağı kəsildi -

"Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim".

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...