Ölkəyə silah-sursatla gələn Azərbaycan vətəndaşı gömrükdə "ilişdi" - FOTOLAR

Ölkəyə silah-sursatla gələn Azərbaycan vətəndaşı gömrükdə "ilişdi" -

Azərbaycan gömrükçüləri psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən Azərbaycan ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilir ki, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı metal detektordan keçərkən cihazın reaksiyasına əsasən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə - apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib. Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.


Ölkəyə silah-sursatla gələn Azərbaycan vətəndaşı gömrükdə "ilişdi" -
Ölkəyə silah-sursatla gələn Azərbaycan vətəndaşı gömrükdə "ilişdi" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...