Xəzər rayonunda 300 it saxlayan şəxsin İcra Hakimiyyəti ilə məhkəməsi
Bu gün Xəzər Rayon Məhkəməsində Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddia ərizəsi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesdə Xəzər RİH-in nümayəndəsi çıxış edib.
O, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlandığını bildirib.
Nümayəndə söyləyib ki, RİH müraciətində sahibsiz itlər üçün Qala qəsəbəsində 30 sot torpaq ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən xahiş edib.
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi isə deyib ki, həmin müraciətlə tanış olmayıb və o, məhkəmədən vaxt istəyib.
Cavabdeh tərəf E.Mansurov isə həmin torpaq sahəsi ilə tanış olandan sona fikir bildirəcəklərini qeyd edib.
Proses noybarın 7-dək qədər təxirə salınıb.
Xatırladaq ki, Xəzər RİH-nin başçısı G.İslamov iddia ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək E.Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.
839 dəfə oxundu