“Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı

“Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı

Bakıda “ayıq sürücü” xidməti təklif edən şirkətlərdən birinin əməkdaşı oğurluqda ittiham olunur. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, atası biznesmen olan Sahib Zeynalzadə ötən gün paytaxtın restoranlarından birində yeyib-içdikdən sonra “ayıq sürücü” sifariş verib.

O, restorana öz “Porsche Cayenne” avtomobili ilə gəlib, lakin spirtli içki qəbul etdiyinə görə, avtomobilini “ayıq sürücü”yə etibar edib.

Sürücü Zeynalzadəni evinə gətirib. Amma gedəndən sonra avtomobil sahibi salondan 4 min 800 manat və 1100 dollar pulun yoxa çıxdığını görüb.

Oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları həmin şəxsin oğurluqla nə dərəcədə əlaqəli olub-olmadığını araşdırır. Faktla bağlı hələ heç kim saxlanılmayıb. Hadisənin ayıq sürücü tərəfindən törətdiyi hələ sübut olunmayıb. Həmin pulların biznesmenin oğlu tərəfindən restoranda və ya başqa yerdə xərcləməsi ehtimalı da var. (Sputnik.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...