Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb

Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb

Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb. “Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, fərari hərbçi qaçan zaman özü ilə “G3” markalı tüfəngini də götürüb.

Hələlik kimliyi açıqlanmayan hərbçi daha sonra ticarət mərkəzinə basqın edərək orada işləyənləri girov götürüb. Ticarət mərkəzinə giriş-çıxış bağlanıb.

Hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Təhlükəsizlik qüvvələri girovları azad etməsi və təslim olması üçün silahlı hərbçi ilə danışıqlar aparırlar.
Hadisənin səbəbi məlum deyil.

Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb
Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb
Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...